Təmirdən sonra təmizlik işlərinə bir qayda olaraq təmir-tikinti işlərindən sonra ehtiyac olunur. Bu xidmət çərçivəsində peşəkar işçilərimiz bütün növ səthləri tikinti tozundan təmizləyir, pəncərələri yuyur, sement, boya və digər çirkli ləkələri aradan qaldırır və sahənin istismara tam yararlı vəziyyətə gətirirlər. Bu xidmətə istisna halları xaric aşağıdakı işlər daxildir:


- Tavan və divarların tozdan təmizlənməsi
- Mövcud olan səthlərin tozunun alınması
- Lüstr və çıraqların tozdan təmizlənməsi
- Şüşə və çərçivələrin hər iki tərəfdən yuyulması
- Pəncərəaltıların təmizlənməsi
- Şüşə və güzgü səthlərin yuyulması
- Tualet, vanna və duş otaqlarının yuyulması
- Santexnik avadanlığın təmizlənməsi və yuyulması
- Mətbəx və yeməkxana otaqlarının yuyulması
- Radiatorların təmizlənməsi
- Qapı və qapı çərçivələrinin təmizlənməsi
- Mebelin çirkdən və tozdan təmizlənməsi
- Taxta mebelin parıldadılması
- Döşəmə və plintusların yuyulması
- Bayır qapısının silinməsi
- Zibilin toplanması və çıxarılması

Təmirdən sonra əsaslı təmizlik işləri şirkətimizin xüsusi diqqət yetirdiyi və ixtisaslaşdığı bir sahədir. Bizim təmizlik briqadalarımız istənilən ölçüdə bina və yaxud istehsal sahəsini qısa müddətdə cox yüksək keyfiyyətlə təmizləməyə qadirdir. Bunun üçün biz ən optimal və səmərəli üsulları tətbiq edirik. İşə başlamazdan qabaq bizim işçi personalı xüsusi təlimat keçir, təhlükəsizlik qaydalarına yüksək şəkildə əməl olunur.