Primera sərt döşəmələrin təmizlənməsi, cilalanması, qaşınması və bərpa edilməsi üzrə xüsusi xidmətlər təklif edir.


Döşəmələrin cilalanması

Döşəmələri sürtünmələrdən qorumaq üçün onların mütəmadi cilalanması və bəzən fırçalanması vacibdir. Bu məqsədlə döşəmələrin davamlılığını təmin etmək üçün bizim cilalama xidmətimizdən yararlana bilərsiniz. Biz döşəmələri tamamilə və ya ləkələnmiş hissələrini, cilalama cihazlarından istifadə etməklə əvvəlki parlaq vəziyyətinə qaytara bilirik. Mütəmadi qaydada həyata keçirilən cilalama döşəmələrin aşınmasını dayandırır və bununla da yarana biləcək döşəmə dəyişmə xərclərinin qarşısını alır!


Döşəmələrin qaşınması və bərpa edilməsi

Bəzən döşəmənin vəziyyəti o dərəcədə korlanmış olur ki, onun əvvəlki vəziyyətə qaytarılması üçün köhnə cilalı qatın tamamilə çıxarılması zəruridir. Biz döşəmənin köhnə cilalı qatınının qaşınaraq çıxarılması və yeni qatın əlavə edilməsi xidmətini təklif edirik.


Mərmər/Qranit döşəmələrin bərpası və qulluğu

Mərmər və qranit döşəmələrin zədələnməsi halında onların bərpa edilməsi kifayət qədər baha başa gəlir. Şirkətimizin döşəmələrin bərpa edilməsi və təmizliyi sahəsində təcrübəsindən yararlanmaqla siz döşəmələrin gələcəkdə zədələnməsinin qarşısını almağa nail ola bilərsiniz.