2005-ci ildən bu yana şirkətimiz yüzlərlə aparıcı şirkətə (banklar, idarələr, dövlət təşkilatları, kommersiya şirkətləri, təhsil və səhiyyə müəssisələri və s.) daimi və vaxtaşırı ofis təmizliyi xidmətləri göstərməkdədir. İşlər təcrübəli əməkdaşlarımız tərəfindən peşəkar avadanlıq və cihazlar vasitəsilə müştərilərimizə uyğun vaxtda həyata keçirilir.


Ofislərin təmizlənməsinə bir qayda olaraq aşağıdakı işlər daxildir

- Döşəmə örtüyünün nəmləndirmə üsulu ilə təmizlənməsi;
- Döşəmə və kovrolit örtüklərinin quru təmizlənməsi;
- Üstü açıq əşyaların tozunun alınması (şkaf, masalar, tavan və s.);
- İstilik radiatorlarının, qapıların, güzgülərin və əlavə aksesuarların tozunun alınması;
- Ofis mebellərinin təmizlənməsi;
- Mətbəxin yığışdırılması;
- Sanitar qovşaqların (unitaz, santexnika, döşəmə metlax və divar kafelləri) yuyulması və dezinfeksiya edilməsi;

Əlavə olaraq aşağıdakı xidmətlər də təklif olunur

- Pəncərələrin daxildən yuyulması
- Şüşə fasadların yuyulması
- Ofisdəki yumşaq mebellərin yerində kimyəvi təmizlənməsi
- Döşəmə və kovrolit örtüklərinin kimyəvi təmizlənməsi


Əməkdaşlıq üçün Sərfəli şərtlər

Qiymətlər ofis sahəsinin həcminə görə təyin edilir və hər kvadrat metr üçün 1.50 AZN dən 0.90 AZN ə qədər dəyişir. Daha dəqiq qiymət təklifi üçün ofis sahələrinə PULSUZ baxış həyata keçirilir.