Qiymətləri necə öyrənmək olar?

Təmizlik xidmətində təklif etdiyimiz qiymətlərə bir çox amillər təsir etdiyinə görə dəqiq qiymətləndirmə üçün bizim ekspertin sahənin yerində qiymətləndirməsi vacibdir. Bununla belə, bir çox hallarda ümumi qiymətləri telefonla ala bilərsiniz.

Ümumi məlumat üçün qiymətlər aşağıdakı kimidir:

Hər kv.m görə:

Kompleks təmizlik Təmirdən sonra təmizlik Kovrolitlərin təmizlənməsi Sərt döşəmələrin cilalama və kristalizasiyası
1.5-3 AZN 2-4 AZN 0.9-3 AZN 4-8 AZN


Yumşaq mebel təmizlənməsi:

- divan 50-70 AZN
- kreslo 20-40 AZN

Qiymətlərə hansı amillər təsir edir?

Xidmət növündən asılı olaraq təmizlənməsi lazim olan sahənin ölçüsü, hündürlüyü, şüşələrin sayı, otaqların sayı, sakin və daimi istifadəçilər sayı və s. Binanın fasadı təmizləndikdə alpinist xidmətindən və ya kran qurğularından istifadə edilməsi, xalçalar təmizlənməsində xalçanın ölçüsü və çirklənmə vəziyyəti əsas götürülür.

Təmizlik işləri kim tərəfindən aparılır?

Hər bir sifarişə uyğun peşəkar işçi briqadası qurulur və işin sonuna qədər təmizlik bu işçi briqada tərəfindən görülür.

Sifariş neçə gün öncədən verilməlidir?

Sifarişlər ən azı 1 gün öncədən verilməlidir, lakin sizə uyğun zaman olsun deyə bir neçə gün qabaqcadan verilməsi məsləhət görülür. Bununla bərabər şirkətimiz tərəfindən təcili xidmət də təklif olunur.

Təmizlik şirkətinin göstərdiyi xidmətlərin üstünlüyü nədir?

Bizim təmizlik xidmətlərində olan təcrübəmiz, əməkdaşlarımızın peşəkarlığı, istifadə etdiyimiz ən yeni avadanlıq və vasitələr qısa zamanda istənilən təmizlik xidmətini göstərməyə imkan verir.

Təmizlik xidməti qane etmədikdə nə etmək olar?

Keyfiyyətə 100%-lik zəmanət verdiyimiz üçün xidmətlərimiz təhvil verildikdə bir neçə dəfə yoxlanılır. Lakin az ehtimal olduğuna baxmayaraq siz hər hansı qüsur aşkar edərək bu barədə bizə anında xəbər versəniz, bu qusurlar tərəfimizdən pulsuz qaydada ən qısa müddətdə aradan qaldırılır.

Başqa suallarınız varsa

Bizə Yazın!

Ofis Saatlarımız

  • Bazar ertəsi - Cümə 09:00-19:00
  • Şənbə - 9:30-15:00