Peşəkar təmizlik bazarının ən təcrübəli şirkəti olan Primera Təmizlik şirkəti təmizlik texnologiyası və praktikası üzrə bazarın lider şirkətlərindən biridir. 2005-ci ildən bu yana yüksək keyfiyyətli peşəkar təmizlik xidməti göstərərək şirkətimiz yüzlərlə korporativ və fərdi müştərilərin daimi etibarını qazanmışdır.



Bu gün bizim müştərilərimiz arasında yerli və xarici şirkətlər, böyük banklar, sığorta şirkətləri, xəstəxanalar, mehmanxanalar, və bir çox lüks mağazalar və salonlar var.

Sizdə bizim müştərimiz olun! Biz əminik ki bir dəfə bizim müştərimiz olmaqla Siz hər növbəti dəfə peşəkar təmizlik xidmətini kimə həvalə etməyi ikinci dəfə düşünməyəcəksiniz.

Bizim fəaliyyətimiz 4 ƏSAS PRİNSİP üzərində qurulmuşdur:

1. QÜSURSUZ XİDMƏT 2. ƏN ETİBARLI TƏMİZLİK ŞİRKƏTİ 3. MÜKƏMMƏL MÜŞTƏRİ XİDMƏTİ 4. PEŞƏKARLAR KOMANDASI
Biz müştərilərimizə təmizlikdə 100% keyfiyyət zəmanəti veririk. Şirkətimiz daim yüksək keyfiyyətin təmin olunması və göstərilən xidmətlərin spektrini genişləndirilməsi yönündə çalışır. Bizim şirkət hər zaman müştəri xidməti və xidmət səviyyəsinə görə bazarın etibarlı şirkəti titulunu qoruyub möhkəmləndirmək yolunda çalışır. Elə buna görə də əməkdaşlarımızın və müştərilərimizin arasında bizimlə 10 ildən çox çalışanlar var. Müştərilərimiz fəaliyyət sahəsi və ölçüsündən asılı olmayaraq bizim məqsədimiz onların ehtiyaclarını və problemlərini başa düşmək və qarşılıqlı faydalı münasibətlər qurmaqdır. Primera təmizlik şirkəti peşəkarlar mütəxəssislərdən ibarətdir. Komandamız daxilində əlaqələr qarşılıqlı hörmətə əsaslanaraq, qüsursuz xidmət yönündə daima öyrənmək və bir-birinə kömək etmək prinsipinə söykənir.